Həmsədrlərin Azərbaycana səfəri başladı

19 июня 2017 10:11

Day.Az представляет новость на азербайджанском языке

ATƏT-nın Minsk qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland Azərbaycana gəlib.

Day.Az xəbər verir ki, bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.
 
Qeyd edək ki, bu gün Minsk qrupu həmsədrlərinin Azərbaycana səfəri başlayır. Həmsədrlər Bakıda bir sıra rəsmi görüşlər keçirəcəklər.
 
Həmsədrlərötən həftə  Ermənistan və Dağlıq Qarabağda olub. Azərbaycana səfərdən sonra həmsədrlərin bəyanat verəcəyi gözlənilir. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.