Əsrin transfer bombası: Ronaldo hara gedir?

Day.Az представляет новость на азербайджанском языке

"Real"dan gedəcəyi deyilən Kriştiano Ronaldo ilə bağlı xəbərlərin ardı-arası kəsilmir.

Fanat.Az xəbər verir ki, "Daily Mail" "Kral Klubu"nun portuqaliyalı ulduzu üçün "Mançester Yunayted"dən 350 milyon avro istədiyini yazır.

İtaliya mətbuatının iddiasına görə, PSJ "Real"a 140 milyon avro təklif edib. Parislilər Ronaldonun özünə illik 30 milyon avro vəd edir.

BBC isə transferdə əsas favoritin "Mançester Yunayted" olduğunu yazır. "Qırmızı-şeytanlar"ın artıq 200 milyon avroluq təkliflə çıxış etdiyi qeyd edilir.

"Real"a yaxınlığı ilə tanınan "Marca" qəzeti isə yazır ki, baş məşqçi Zinəddin Zidan Ronaldo ilə danışaraq "Sənə ehtiyacamız var. Sən bu komandanın ən önəmli parçasısan. Komandanın ulduzu olduğun üçün Madriddən getməyini istəmirəm" deyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.