Zaqatalada ağır yol qəzası: bir ailənin 4 üzvü yaralandı - YENİLƏNİB

19 июня 2017 12:12

Day.Az представляет новость на азербайджанском языке

---------
12:12

Zaqatala rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün saat 9 radələrində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala rayonunun "Naib bulaq" adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.

Rayonun Əliabad qəsəbə sakini, 1949-cu il təvəllüdlü Vəliyev Adil Hacıməhəmməd oğlu idarə etdiyi "Mercedes" markalı, 62 BL 237 dövlət nömrə nişanlı avtomobili ötmə əməliyyatı zamanı eyni istiqamətdə hərəkətdə olan "KamAZ" markalı, 99 XB 193 dövlət nömrə nişanlı yük maşınının arxasına vurub.

Sürücü A.Vəliyev və avtomobildə olan sərnişinlər, rayonun Əliabad qəsəbə sakinləri - 1981-ci il təvəllüdlü Balayeva Gülpəri Ramazan qızı, 1953-cü il təvəllüdlü Balayev Ramazan Ərəb oğlu və 6 aylıq körpə Vəliyev Əfsər Ramil oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Onların vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı DİN-in Baş Dövlət Yol Polisi idarəsinin Baş istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

---------
11:20

Zaqatala rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, bir ailənin 4 üzvü yaralanıb.

Day.Az report-a istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "KamAz" markalı yük maşını ilə "Mercedes" markalı minik avtomobili toqquşub. Nəticədə "Mercedes"in sürücüsü 1949-cu il təvəllüdlü Adil Hacıməmməd oğlu Vəliyev və onun sərnişinləri - 1953-cü təvəllüdlü Ramazan Ərəb oğlu Balayev, 1981-ci təvəllüdlü Gülpəri Ramazan qızı Balayeva və 2016-cı il təvəllüdlü Əsrəd Ramil oğlu Vəliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.