Londonda müsəlmanları əzən şəxsin qorxulu istəyi : "Bütün müsəlmanları..." - VİDEO

19 июня 2017 11:45

Day.Az представляет новость на азербайджанском языке

Londonda naməlum şəxsin avtomobili məsciddən çıxan insanların üzərinə sürməsi nəticəsində azı bir nəfərin öldüyü, daha 10 nəfərin isə yaralanması barədə məlumat vermişdik.

Hadisə sonrası hücum edən şəxs sakinlər tərəfindən tutulub polisə təhvil verilib. 

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, şahidlərdən biri avtomobildən enən şəxsin "Bütün müsəlmanları öldürmək istəyirəm" qışqırdığını deyib. İngiltərə Müsəlmanlar Şurası sürücünün məsciddən çıxanları qəsdli şəkildə əzdiyinə açıqlayıb.

Qeyd edək ki, hadisə yerli saatla 00.20 radələrində Finsbury Park məscidinin təxminən 150 metrliyindəm "elfare House" adlı müsəlman cəmiyyət mərkəzinin qarşısında baş verib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.

Он кричал, что убьет всех - очевидец об атаке в Лондоне