Fransada ermənilərdən ibarət cinayətkar qrup həbs edildi

19 июня 2017 11:49

Day.Az представляет новость на азербайджанском языке

Fransanın Bordo, Nant, Nitsa, Puate və Paris şəhərlərində ermənilərdən ibarət 14 nəfərlik cinayətkar qrup həbs edilib.

Day.Az report-a istinadən xəbər verir ki, həbs olunan ermənilərin hansı ölkələrin vətəndaşı olduqları açıqlanmayıb. 

Polis əməkdaşı Jan-Mark Droqe deyib ki, Renna polisi bir il ərzində bu qrupun fəaliyyəini araşdırıb: "Həmin cinayətkarlar fahişələri silahla qorxudaraq, onları pul ödəməyə məcbur ediblər. 14 nəfərlik qruplaşma artıq məhkəmə qarşısına çıxarılıb. Onların 8-i xüsusi təhlükəli cinayətkarlardır. Qruplaşma üzvlərinin hamısı kişilərdir. Onların yaşı təxminən 30 civarındadır. Bu cinayətkar qrup suteneyorluqla yanaşı, müxtəlif mafioz işlərlə də məşğul olub. Bu qrup fahişələri elə qorxudub ki, onlar başlarına gələnləri polisə deməkdən də çəkiniblər".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.