Vyetnam Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycanda səfərdədir - FOTO

19 июня 2017 12:13

Day.Az представляет новость на азербайджанском языке

Bakıda səfərdə olan Vyetnam Sosialist Respublikası Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycanın Hərbi Dəniz Qüvvələrini (HDQ) ziyarət edib.

Azərbaycan Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, vyetnamlı qonaqlar ümummilli lider Heydər Əliyevin Hərbi Dəniz Qüvvələri bazası ərazisində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyaraq, öz ehtiramlarını ifadə ediblər.

Nümayəndə heyətlərinin görüşündə iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.

Sonra Vyetnam nümayəndə heyəti HDQ-nin ərazisi, döyüş gəmiləri dəstəsi və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi Hərbi Dənizçilik Fakültəsinin tədris-təminat bazası ilə tanış olublar.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.