DİQQƏT: Adam oğurluğu ilə məşğul olan bu idmançılar axtarılır - FOTOLAR

19 июня 2017 12:26

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycanın hüquq-mühafizə orqanları adam oğurluğu və xuliqanlıq cinayətlərində təqsirləndirilən 5 nəfəri beynəlxalq axtarışa verib. Lent.az İnterpol-a istinadən xəbər verir ki, aralarında idmançıların da olduğu qrup üzvlərinin konkret hansı cinayətdə təqsirli bilindiyi məlum olmasa da, onların ölkədən çıxması müəyyən ediləndən sonra dövlətlərarası axtarışa veriliblər.

Axtarışa verilmiş şəxslər bunlardır:

Rüfət Əmirov - 32 yaş
Elvin Cəfərov - 37 yaş
Əli Hüseynli - 22 yaş
Rafət Əmirov- 38 yaş
Kamil Əmirov - 29 yaş

Axtarışa verilmiş şəxslərin xarakterik əlamətləri və digər şəxsi məlumatları barələrində qırmızı xətt üzrə açılmış bülletenlərdə toplanılıb. Axtarış tədbirləri həyata keçirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.