“Real”ın ulduzu Rusiyada bu gözəllə görüşəcək

Day.Az представляет новость на азербайджанском языке

Rus model Olqa Korobitsına Madrid "Real"ın kolumbiyalı ulduzu Xames Rodrigezlə münasibətlərinin olduğunu açıqlayıb.

Day.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, "kral klubu"nun yarımmüdafiəçisi bunu gizləməyə çalışsa da, rusiyalı xanım məsələyə aydınlıq gətirib.

O bildirib ki, Xames onunla sosial şəbəkələrinin biri ilə əlaqə saxlayıb. Korobitsınanın həmçinin qeyd edib ki, onlar görüşmək üçün gələn il Rusiyada keçiriləcək dünya çempionatını gözləyirlər. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.