Gəncədə kitabsevərlər və gənc yazıçılar ilə görüş təşkil olunub - FOTO

19 июня 2017 12:46

Day.Az представляет новость на азербайджанском языке

İyunun 16-da Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz Gəncə şəhərində kitabsevərlər və gənc yazıçılarla "Sözün gücü" mövzusunda  görüş təşkil etmişdir.

Metodiki Mərkəzin 2017-ci ilin iş planına əsasən keçirilmiş tədbir müasir informasiya bolluğu dövründə gənclərin kitaba, mütaliəyə marağının artırılması, habelə kitabxanalara oxucuların cəlb edilməsi məqsədi ilə Gəncə şəhər Məhsəti Gəncəvi Mərkəzində baş tutub.

Bu barədə Day.Az-a Elmi-Metodiki Mərkəzin mətbuat xidmətindən bildirilib.

Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin nümayəndəsi Bəxtiyar Muradovun, Yazıçılar Birliyinin üzvü, tərcüməçi-şairə Nailə Bənnayevanın, Yazıçılar Birliyinin üzvü, "Ulduz" jurnalının şöbə redaktoru, yazıçı Vüsal Nurunun, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru Asif Usubəliyevin, əməkdaşlar İradə Əlili, Nürəddin Babazadə və Pərvanə Hüseynovanın iştirakı ilə təşkil olunmuş tədbirdə həmin idarəyə tabe olan regional mədəniyyət və turizm mərkəzlərində çalışan gənc mədəniyyət işçiləri də iştirak etmişlər. Bundan əlavə tədbirə Gəncə şəhərinin ziyalıları, şair və yazıçıları  rəng qatılıblar.

Yazıçılar Birliyi Gəncə bölməsinin sədri Xəzəngül Hüseynova gənc yazıçı və şairlər arasında debatların təşkil olunmasından danışaraq belə tədbirlərin əhəmiyyətini vurğulayıb.

A.Usubəliyev qeyd etmişdir ki, müxtəlif tendensiyaların nəticəsində kitabxanalar real və potensial oxucularını itirmiş, bəzi kitabxanalar bağlanmışdır.  Amma son vaxtlar bu sahəyə əhəmiyyətli dönüş hiss olunur, kitabxana işinin müasirləşdirilməsi prosesi ardıcıl  şəkildə həyata keçirilir. Regionlarda kitabxanaların yeni və müasir binalara köçürülməsi gedən proseslərin bariz nümunəsidir.

Sosial şəbəkələrin həyatımızın ayrılmaz hissəsinə çevrilməsi ilə əlaqədar son zamanlar gəclərin kitaba marağı azalmışdır. Lakin, buna   baxmayaraq kitab oxumaq, ümumiyyətlə mütaliə etmək hər zaman aktuallığını qoruyub saxlamalıdır. Bunun üçün də tədbirdə gənc nəslin, xüsusilə region gənclərinin kitaba marağının artırılması baxımından müxtəlif aksiyalar təşkil edilməsinin vacibliyi bir daha vurğulanıb.                                            

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.