Dövlət qulluğunda hər vəzifə üzrə 5 ildən bir attestasiya keçiriləcək

19 июня 2017 14:44

Day.Az представляет новость на азербайджанском языке

Dövlət qulluğunda hər vəzifə üzrə işləyən şəxs hər 5 ildən bir attestasiya imtahanı verəcək.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti" mövzusunda keçirilən tədbirdə çıxış edərkən deyib.

M.Abbaszadə əlavə edib ki, attestasiya imtahanı işə qəbul imtahanı ilə eyni səviyyədə olan bir imtahan olacaq:

"Əgər şəxs həmin vəzifəyə yenidən təsdiqlənmək üçün imtahan verə bilməsə, bu barədə onun işlədiyi təşkilata məlumat veriləcək".

M.Abbaszadə qeyd edib ki, əgər şəxs sertifikat aldığı vəzifədən daha yüksək vəzifə üzrə işləmək istəyirsə, onda bu şəxslər mütləq yenidən imtahan verərək müsahibə mərhələsindən də keçməlidirlər:

"Əgər vakant yer yaranıbsa, mütləq o, elan olunmalıdır. "Rəhbərliyin məndən xoşu gəlib, yüksək vəzifəyə təyin edir" - fikri doğru deyil. Vakansiyaların elan olunması icra orqanlarının rəhbərlərinin ixtiyarındadır".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.