Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşəcəyi tarixlə bağlı YENİ XƏBƏR

Day.Az представляет новость на азербайджанском языке

İyulun 5-də Türkiyənin Qars şəhərində Azərbaycan, Gürcüstan və Türkiyənin dəmiryol qurumları Bakı-Tbilisi-Qars layihəsinin müzakirəsi ilə bağlı görüş keçirəcək.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Azərbaycan dəmir yolları" QSC-nin rəhbəri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, bu görüşdən sonra dəmir yolunun işə düşəcəyi tarix barədə açıqlama vermək olar.

C.Qurbanov əlavə edib: "Layihənin bu il işə düşəcəyi gözlənilir".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.