Şirkət rəhbərliyindən əxlaqsız təklif: "1 saat masaj etsən..."

Day.Az представляет новость на азербайджанском языке

FETÖ araşdırmaları çərçivəsində şirkətlərdən birində rəhbərliyin işçilərə qarşı əxlaqsız təkliflər irəli sürdüyü məlum olub.

Publika.az xəbər veri ki, şirkət rəhbərliyinə təyin olunan H.B adlı şəxs iş görüşməsinə gələn B.A adlı xanıma əxlaqsız təklif edib. Xanım ilk dəfə getdiyi iş görüşməsində baş verən hadisələri sübut etmək üçün ikinci dəfə iş üçün müraciət edərək danışıqları telefon vasitəsilə qeydə alıb.

İstanbulda universitet tələbəsi olan B.A-nın şikayəti əsasında araşdırma başladılıb. Qız baş verən hadisəni sübut edən səs yazısını polislərə təqdim edib.

Səs yazısında H.B adlı şəxsin iş haqqında "tələbləri" yer alır:

"Açıq-saçıq geyimdə olmalısan, birbaşa mənə tabe olacaqsan, iş qrafikin mən "bitdi" demədən, bitməyəcək. Mən hər xanımı işə götürmürəm. Mən sənə maaş olaraq verəcəyim 1300 lirəni bir dəqiqəlik masaj qarşılığında verə bilərəm, istəsən. Sənə ev alaram, hər gün də 5-10 min lirə pul, nə deyirsən?"

H.B adlı şəxs 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.