Qurban Qurbanov: "5 potensial rəqibdən ən çətini düşdü"

19 июня 2017 15:33

Day.Az представляет новость на азербайджанском языке

"5 potensial rəqibdən ən çətini düşdü. "Samtredia" bizi daha yaxşı tanıyır. Ötən mövsüm rəqibin "Qəbələ"ylə cavab matçında göstərdiyi futbolu gördük. Xarakterli komandadır".

Day.Az report-a istinadən xəbər verir ki, bunu "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkünü dəyərləndirərkən deyib. 
O bildirib ki, hazırda Gürcüstan çempionatın davam etməsi "Samtredia"nın üstünlüyüdür: "Biz isə hələ ki, tam heyətlə yığışa bilməmişik. Milli komandalarda olan futbolçular iyunun 20-dən sonra təlim-məşq toplanışına qoşulacaq. Çalışacağıq ki, ən qısa zamanda toparlanaraq çatışmazlıqlarımızı aradan qaldıraq və oyuna qədər tam hazır vəziyyətə gələk".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.