Əməkdar artist efirdə ağladı: "Anam adını belə yaza bilmirdi" - VİDEO

19 июня 2017 16:27

Day.Az представляет новость на азербайджанском языке

ARB TV-də  Faiq Mirzəyevin təqdimatında "Ömrün fəsilləri" verilişinin budəfəki qonağı əməkdar artist Gülüstan Əliyeva olub.

Milli.Az bildirir ki, əməkdar artist ilk olaraq uşaqlıq illərindən və ailəsindən danışıb:

"Atam, anam həmişə çalışıblar ki, yaxşı geyindirsinlər. Evin böyük qızı mən idim, 1-ci paltar mənə alınırdı. Sonra o paltarı verirdim kiçik bacıma, sonra o verirdi o biri bacıma. Bütün bunlara baxmayaraq, biz ailədə düşünməmişik ki, bu şeyimiz yoxdu, kaş bizim də olaydı. Həmişə mən deyirəm ki, həyatımızda heç vaxt, heç bir halda, heç bir formada yeri dəyişməyən yeganə varlıqdı ana".

Daha sonra Gülüstan Əliyeva qeyd edib ki, anası onun musiqi təhsili almasının əleyhinə olub:

"Anam bizim musiqiyə getməyimizə, ali təhsil almağımıza qarşı idi. Çünki anam çox savadsız idi. Buna baxmayaraq anam bizim təhsilimizin üstündə çox dayanırdı. Anam adını yaza bilmirdi belə. Amma həmişə bizim yaxşı oxumağımız üçün, əyin-başımız üçün, davamiyyətimiz üçün çalışırdı. Amma qızın gedib uzaqda təhsil almasına qarşı idi. Ümumiyyətlə bizim nəslimizdə qız uşaqları oxumayıb. Bizim ailədən başqa ali təhsilli yoxdur. Bəlkə də dövrün tələbi idi, bəlkə də ailələrin görüşü idi bu. Amma Bəxtiyarın gözəl bir sözü var. Deyir ki, mənim şair anam, bəstəkar anam. Adını yaza bilməyən analarımız əslində çox savadlı idilər. Anam o qədər bayatılar, o qədər şeirlər, o qədər hekayələr. Bu insan savadsız olmağına baxmayaraq, o qədər dünya görüşlü, hər şeyin yerini bilən idi. Dastan idi bu insan".

Əməkdar artist sonda anasından danışarkən göz yaşlarını saxlaya bilməyib.

"Anam ailənin ağırlığını daşıyırdı. Gənc yaşlarımdan çıxıb Bakıya gəlmişdim, indi təəssüf edirəm ki, anamı çox az görmüşəm. Çox sonradan mənə nəsilləri haqqında, Abbasqulu Ağanın qohumları olmağı haqqında danışırdı. Anam o qədər maraqlı söhbətlər danışırdı mən deyirdim ki, ay ana bunların heç birini danışmamısan bizə. Deyirdi ki, ay bala işdən-gücdən vaxt olur ki".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Əməkdar artist efirdə ağladı: