Ermənistanın gizlətdiyi yaralı əsgər İrəvana aparıldı

19 июня 2017 18:25

Day.Az представляет новость на азербайджанском языке

İyunun 17-də Qarabağda başından güllə yarası almış 1997-ci il təvəllüdlü erməni əsgəri Yuri Zakaryan Xankəndindən İrəvanın Mərkəzi Kliniki hərbi hospitalına köçürülüb.

Day.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərlə görüşü zamanı hospitalın reanimasiya şöbəsinin rəhbəri Qayane Hovhannisyan bildirib.

O, erməni əsgərin vəziyyətinin son dərəcə ciddi olduğunu, süni tənəffüs aparatına qoşulduğunu deyib.

 

Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyi Qayane Hovhannisyanın yaralanması ilə bağlı məlumatları gizlədərək onun adını yaralı əsgərlərin sırasında təqdim etmirdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.