72 yaşlı Xalq artisti qala gecədə nəvəsi ilə - FOTO

19 июня 2017 19:16

Day.Az представляет новость на азербайджанском языке

Dünən Bakıda keçirilən "Most Fashionable Awards" mərasimində Xalq artisti, Bakı Bələdiyyə Teatrının bədii rəhbəri və direktoru, Avropanın Əməkdar elm və mədəniyyət xadimi, məşhur aktrisa Amaliya Pənahova da iştirak edib.

Day.Az publika.az-a istinadən xəbər verir ki, A.Pənahova gecəyə "Planet Parni iz Baku" KVN-teatrında çıxış edən aktyor nəvəsi Aydınla birlikdə təşrif buyurub. Xalq arstistinin nəvəsi verdiyi açıqlamada gələcəkdə nənəsinin yolunu davam etdirmək istədiyini söyləyib:

"Amaliya xanımın davamçısı olmaq istəyirəm. Nənəmlə çox yaxın dostuq, onun oynadığı filmləri böyük həvəslə izləyirəm".

 

Xatırladaq ki, iyunun 15-də aktrisanın 72 yaşı tamam olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.