Dubayda hava taksiləri istifadəyə veriləcək

19 июня 2017 19:28

Day.Az представляет новость на азербайджанском языке

BƏƏ-nin Dubay şəhərində pilotsuz hava taksilərinin sınaqdan keçiriləcəyi elan edilib.

Day.Az Trend-ə istinadən bildirir ki, sınaqlara bu ilin sonunda başlanması nəzərdə tutulub.

Şəhər idarəsindən verilən məlumata görə, sınaqların 5 il müddətində davam etməsi planlaşdırılıb.

 

Qeyd olunur ki, hava taksiləri bütün təhlükəsizlik şərtlərinə cavab verəcək və sərnişinlər insan müdaxiləsi olmadan bu taksilərdə hərəkət edə biləcəklər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.