Parisdə həyəcanlı dəqiqələr - "Ərazidən uzaqlaşın" çağırışı

Day.Az представляет новость на азербайджанском языке

Fransanın paytaxtı Parisin ən məşhur küçəsi Şanzelizedə bir avtomobil anidən alışıb.

Day.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, prezident sarayı yaxınlığında baş verən hadisə ilə əlaqədar polis ərazini nəzarətə götürüb.

Şahidlərin sözlərinə görə, şübhəli şəxs maşını polislərin üzərinə sürüb. Polislərin müdaxiləsindən sonra həmin şəxs zərərsizləşdirilib.

Polis əməkdaşarı insanlara ərazidən uzaqlaşmağı tövsiyyə edib.

 

Hadisənin terror aktı ola biləcəyindən şübhə edilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.