Ərinin milyonlarını xərcləyib səfil günə düşdü - FOTO

19 июня 2017 19:58

Day.Az представляет новость на азербайджанском языке

Bu yaxınlarda dünyasını dəyişən səudiyyə ərəbistanlı milyarder Adnan Kaşıkçının keçmiş həyat yoldaşı Soraya Kaşıkçı son görünüşü ilə hər kəsi təəccübləndirib. 

Day.Az axşam.az-a istinadən bildirir ki, London küçələrində kameralara tuş gələn milyarderin keçmiş xanımı səfil görünüşü ilə tanınmaz halda olub. 

Başında çəhrayı şlyapa, üzərində qırmızı gödəkçəsi, idman ayaqqabıları və əlində alış-veriş arabası olan S.Kaşıkçı dayanacağa gedərkən kameralara tuş gəlib. 

 

Xatırladaq ki, 1974-cü ildə Adnan Kaşıkçıdan ayrılan Soraya ərindən 874 milyon dollarlıq təzminat almışdı. Dörd uşağı olan Sorayanın həmin sərvəti necə xərcləməsi isə naməlumdur. Milyarderin keçmiş xanımının oğullarından biri ilə gülçülük işi ilə məşğul olduğu deyilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.