Tuba Büyüküstünün yeni layihəsi

Day.Az представляет новость на азербайджанском языке

"Cesur və Güzel" serialı bitdikdən sonra istirahət etməyə hazırlaşan aktrisa Tuba Büyüküstünə təklif gəlib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, baş rolda aktyor Kənan İmirzalıoğlunun oynayacağı "Fatih" serialından təklif alan Tuba layihəni bəyənib.

Lakin istirahət etmək istədiyini bildirən aktrisa "Q3 media" şirkətinə rədd cavabı verib. Bundan sonra şirkət başqa yola əl atıb. O, Tubaya yüksək qonorara verəcəyini vurğulayıb.

Qonorarı öyrənən Büyüküstün 5 aydan sonra qərar verəcəyini açıqlayıb. 

Qeyd edək ki, serialın çəkilişlərinə noyabr-dekabrda başlanılacaq. Aktrisanın o zaman şirkətə "Hə" deyəcəyi bildirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.