Bibərin toxumlarını atmayın! - FAYDALI RESEPT

19 июня 2017 22:41

Day.Az представляет новость на азербайджанском языке

Bibər ən faydalı tərəvəzlərdən biridir. Adətən bibəri təmizləyəndə içində olan toxumlar atılır. Nəticədə biz bilmədən bibərin ən faydalı hissəsini tullayırıq.

Day.Az saglamolun.az-a istinadən bildirir ki, bir çox mütəxəssislər tərəvəzlərin, göyərtilərin  toxumlarını hətta həmin tərəvəz və göyərtilərdən də faydalı hesab edir və onları sağlamlığın möhkəmləndirilməsi, müxtəlif xəstəliklərin profilaktikası üçün istifadə etməyi tövsiyə edirlər.

Bibərin toxumları da tərəvəzin özü kimi bir çox faydalı vitamin və minerallarla zəngindir.

Toxumları qurutmaq, qəhvəüyüdəndə üyütmək və sonra istənilən salat və hazır qidalara az miqdarda ədviyyat kimi əlavə etmək olar. Bu əsl təbii vitamin-mineral kompleksidir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.