Bakıda yol faciəsi - FOTOLAR

20 июня 2017 09:26

Day.Az представляет новость на азербайджанском языке

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Day.Az "Report"a istinadən bildirir ki, hadisə aeroport yolunun Sabunçu rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.
"Audi" markalı "99-HL-277" dövlət qeydiyyat nişanlı avtomobil yolu keçmək istəyən Masallı rayon sakini, 1987-ci il təvəllüdlü Fərzəliyev Samit Qulam oğlunu vurub. Piyada hadisə yerində keçinib.
Əraziyə Yol və Polis patrul xidmətlərinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.