Dilimizdəki səhv sözlər: Ləvazimatlar, narahatçılıq...
Day.Az представляет новость на азербайджанском языке
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli dilimizdəki bəzi sözlərin düzgün yazılmadığı, bəzi sözlərin isə cümlələrdə yersiz işlənildiyi fikrindədir.
Day.Az xəbər verir ki, bununla bağlı Trend-ə fikirlərini açıqlayan T.Kərimli deyib ki, bu gün dilimizi eybəcərləşdirən sözlərdən biri də təzə tikintilərin hasarını "bəzəyən" "narahatçılıq" sözüdür: "Narahat sözü "rahatsız" deməkdir. Buna bir "çılıq" şəkilçisinin artırılması görünür ki, "inşaatçı-dilçilərimizin" kəşfidir. Bu qəbildən olan söz yaradıcılığının biri də "məktəb ləvazimatları" ifadəsindəki "ləvazimat"lar sözüdür".
T.Kərimli qeyd edib ki, "ləvazimatlar" sözünün özündə 3 dənə cəm şəkilçisi var. Sözün belə formada işlənilməsi isə düzgün deyil: "İş burasındadır ki, ərəb dilindəki "lazım" sözünün cəmi "ləvazim"dir, yəni bu da "lazım olanlar, lazımlılar" deməkdir. "At" özü də ərəb dilində cəm şəkilçisidir. Buna Azərbaycan dilindəki "-lar" cəm şəkilçisini artıranda isə 3 dəfə cəmlənmiş əcaib bir söz meydana çıxır. Əslində, bu ifadə "məktəbə lazım olanlar" şəklində işlənsə, daha doğru olar".
T.Kərimli hesab edir ki, Azərbaycan dilində cümlələrin tərkibində bəzi sözlərin işlədilməsi də yersizdir.
O, bunlara "malik olmaq", "təşkil etmək", "tərəfindən", "tərəfimizdən" kimi sözləri misal göstərib.
T.Kərimli hesab edir ki, belə halların aradan qaldırılması üçün daha çox maarifləndirmə işləri aparılmalıdır: "Dil canlı orqanimzdir, ona yad ünsür düşsə, fəsad verir. Zaman-zaman orada möhkəmlənir və onu dildən çıxarmaq çox çətin olur".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре