Bu vərdişlər böyrəkləri sıradan çıxarır

20 июня 2017 09:47

Day.Az представляет новость на азербайджанском языке

Xanim.az xarici mətbuata istinadən böyrəkləri bitirən vərdişləri açıqlayır.

Bədənimizdəki Paxlaya bənzəyən orqanlarımız böyrəklər, qanı filtrlər, maddələr mübadiləsinin tullantı məhsullarının atılmasını təmin edər.

Bədənin turşusunun əsas tarazlığını nizama salır, bədənin maye elektrolit tarazlığını nizamlayır, qan təzyiqini və qan həcmini nizamlayır, lazımlı hormonları və fermentləri istehsal edir.

Böyrəkləri bitirən vərdişlər hansılardır?

Duz

Böyrək çatışmazlığında iştirak edən ən böyük köməkçidir.

Dehidrasyon (bədənin çox su itirməsi)

Dehidrasyon vəziyyəti, susuzluğu yox sayar və bədəni quru saxlamaq üçün böyrək funksiyasını dayandırır. Böyrəkdüzgün bir şəkildə işləməsi üçün daim suya ehtiyac duyur.Bunun üçün gündə təxminən 10 stəkan su içilməlidir. Kifayət qədər su istehlak etdiyinizin anlamaq üçün sidiyinizi rənginə baxmalısınız.

Sağlam sidik rəngi sarıdır. Sidik rəngindəki fərqliliklər bəzi xəstəliklərin xəbərçisi ola bilər. Sidiyin rəngi tünd ya da açıq rəng ola bilər. Sidik tünd sarıysa lazım olduğu qədər maye almamış deməkdir. Açıq sarı isə çox çox maye aldığınızı göstərir.

Siqaret

Qan damarlarının daralması və sərtləşməsiylə əlaqəli olaraq böyrəklər də daxil bütün bədən orqanlarına qan təmini mənfi olaraq təsir edir.

Spirt

Çox çox spirt istehlakı, qandakı urik turşu səviyyəsini artırır. Böyrəklərdəki boruların tıxanmasına və daş meydana gəlməsinə səbəb olur.

Dərmanlar

Xüsusilə ağrı kəsici, böyrəklərə zərər verə biləcək təsirlərə yol aça bilər.

Digər tərəfdən, xüsusilə qan təzyiqi və diabet üçün resept edilən bəzi dərmanların doğru dozada və doğru şəkildə qəbulu lazımdır. Doğru alına bilməməsi böyrək çatışmazlığına səbəb ola bilər.

B6 vitamini əskikliyi

Bu vitamin qaynaqları arasında günəbaxan toxumu, püstə, noxud, balıq və nişastalı tərəvəzlərdə olur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.