Bakıda inək kişini ağır yaraladı

20 июня 2017 10:03

Day.Az представляет новость на азербайджанском языке

Bakının Binəqədi rayonunda yaşlı kişini inək vurub.

Day.Az report-a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü Qədimov Elyas Səyyad oğlu "Baksol yolu" ilə piyada gedərkən ona yanında sahibi olmayan inək hücum edib.

Nəticədə kişi qarnının ön divarı və döş qəfəsindən kəsilmiş-deşilmiş xəsarətlər alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.