Ata 17 yaşlı qızını öldürüb intihar etdi - Türkiyədə - Foto - Video

20 июня 2017 11:09

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin Kocaeli vilayətinin İzmit mahalında qızını tapança ilə öldürən ata başına atəş açaraq intihar edib.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, 41 yaşlı Erdal Güllü qızı, 17 yaşlı Rana Güllünü tapança ilə öldürdükdən sonra, həmin silahla başından atəş açaraq intihar edib. Ağır yaralanan Erdal Güllü çatdırıldığı xəstəxanada həyatını itirib. Polis hadisə yerində araşdırmalara başlayıb.

Silah səsləri eşidən sakinlər polis və sağlamlıq qruplarına xəbər veriblər.
Qapını döyməklərinə baxmayaraq evdən cavab gəlməyincə qapını qıraraq içəri girən qruplar Rana Güllü (17) ilə atası Erdal Güllünü (41) silahla vurulmuş halda yerdə uzanıqlı vəziyyətdə tapıblar.

Erdal Güllünün bir müddət əvvəl həyat yoldaşından ayrıldığı və qızı Rana ilə yaşadığı məlum olub.

Hadisə ilə əlaqədar istintaq başladan polislər Erdal Güllünün deprseiyaya düşərək silahla qızını öldürdükdən sonra intihar etdiyi ehtimalı üzərində dayanır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Ata 17 yaşlı qızını öldürüb intihar etdi