Toy gecəsi oğlanın anası və xalası otağa girdi, gəlinin üzünə tüpürdü - Məhkəmə - Türkiyədə

20 июня 2017 11:19

Day.Az представляет новость на азербайджанском языке

Türkiyədə məhkəməyə edilən müraciət mediaya sızıb.

Milli.Az "Hürriyet"ə istinadla bildirir ki, müraciət 2016-cü ildə ailə quran qızın bakirəliyi ilə bağlıdır.

Ankarada 4 saylı ailə məhkəməsinə edilən müraciətə görə İ.S və H.S adlı şəxs 2016-cı ilin may ayında evləniblər.

Mərasimdən sonra toy gecəsi cütlüyün otağından səs-küy gəlib. Bunu eşidən bəyin anası və xalası otağa giriblər. Onlar gəlinin bakirə olmadığını deyərək gəlinin üzünə tüpürüblər. Gəlin ata evinə göndərilib. Toyun səhəri gün bəy boşanmaq üçün məhkəməyə müraciət edib.

Gəlin isə 200 min lirəlik maddi-mənəvi təzminat tələb edərək qarşı tərəfdən şikayət edib. O bildirib ki, bəkarəti yerindədir. Onların toy günü birlikdə olmamalarının tək səbəbi bəyin problem yaşamasıdır.

"Ərim toy günü çox həyəcanlı idi deyə, qorxdu, yaxınlığımız olmadı. Bakirəyəm. Qayınanam məni təhqir edib. Təzminat tələb edirəm".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.