"Ermənistanın Baş Qərargah rəisi istefaya göndərilir" - KİV

20 июня 2017 12:28

Day.Az представляет новость на азербайджанском языке

Ermənistan Silahlı Qüvvələrinin (SQ) Baş Qərargahında yeni kadr dəyişiklikləri olacaq.

Day.Az azvision.az-a istinadən xəbər verir ki, bu barədə "Jovohurd" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

"Böyük ehtimalla, Baş Qərargah rəisi Movses Akopyan vəzifədən kənarlaşdırılacaq, onu general-mayor Onik Qasparyan əvəzləyəcək. Serj Sarkisyan məhz buna görə iyunun 15-də Qasparyanı Baş Qərargah rəsinin müavini təyin edib. Bununla da Ermənistan prezidenti Qasparyan üçün zəmin yaradıb". 

 

Akopyanın sonrakı taleyi barədə isə məlumat verilmir. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.