Bakının mərkəzindəki bazarda faciə: ölən var

Day.Az представляет новость на азербайджанском языке

Bakının mərkəzindəki bazarlardan birində ölüm hadisəsi baş verib.

Day.Az lent.az-a istinadən xəbər verir ki, Nəsimi rayonu Səməd Vurğun küçəsində yerləşən "Təzə Bazar"da 1960-cı il təvəllüdlü Nurəliyev Allahverdi Feyruz oğlu qəfil yıxılıb. Hadisə yerinə təcili tibbi yardım briqadası gəlsə də, artıq gec olub və o, vəfat edib.

İlkin məlumata görə, 57 yaşlı kişi ürək tutumasından keçinib.
 
Araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.