Bakının daha bir marşrut xəttinin hərəkəti dəyişdi

Day.Az представляет новость на азербайджанском языке

175 nömrəli marşrut xəttinin hərəkət trayektoriyasına dəyişiklik edilib. 

Bakı Nəqliyyat Agentliyindən Day.Az-a daxil olan xəbərə görə, dəyişikliyə əsasən, 175 nömrəli marşrut xətti üzrə Nobel prospekti, İzzət Orucov küçəsi, Xocalı prospekti ilə hərəkət edən avtobuslar bundan sonra İzzət Orucov küçəsinə daxil olmadan Nobel pr, Nəcəfqulu Rəfiyev küç. Xocalı prospekti ilə hərəkət edəcək. 

Dəyişiklik edilməsi ilə bağlı qərar Nəcəfqulu Rəfiyev küçəsi sakinlərinin Bakı Nəqliyyat Agentliyinə ümvanlanan çoxsaylı müraciətləri nəzərə alınaraq qəbul edilib.

Məlumat üçün bildirək ki, hazırda 175 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar sınaq məqsədi ilə yenilənmiş traektoriya ilə hərəkət edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.