Nigarla DYP barışdı - "...şikayət etməyəcəm"

Day.Az представляет новость на азербайджанском языке

"Eurovision 2011" qalibi Nigar Camal ilə Dövlət Yol Polisi İdarəsi arasında yaşanan gərginlik sona çatıb. 

Day.Az xəbər verir ki, bu barədə qafqazinfo-ya açıqlamasında müğənninin özü məlumat verib. Nigar Camal idarədən ona zəng gəldiyini, problemin aradan qalxdığını bildirib:

"Bu söhbətlərlə bağlı çox danışmaq istəmirəm. Çox məlumatlar çıxdı. İndi mən bunu yenidən şişirtməyə, dilimə gətirməyə ehtiyac duymuram. Artıq polislə danışmışıq, məsələ həll olundu. Mövzu ilə bağlı heç bir quruma şikayət etmək fikrində deyiləm". 

Qeyd edək ki, ötən gün sənətçi "DYP - axır zamanlar çox qudurublar" deyərək Dövlət Yol Polisi əməkdaşlarını sərt tənqid etmişdi. 

İdarənin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov isə açıqlamasında mövsu ilə bağlı araşdırma aparıldığını bildirmişdi. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.