Cinslərdəki balaca cibin mənası nədir?

Day.Az представляет новость на азербайджанском языке

Hamı bilir ki, cins şalvarlarda sağ tərəfdə, ön hissədəki böyük cibin altında xırdaca cib yerləşir. Onu hansı səbəbdən qoyublar və yaxud onun təyinatı barədə nə bilirsiniz? Bu barədə bəzi fikirlər irəli sürülüb. Gəlin birlikdə onlara baxaq və həqiqətə daha yaxın olanını seçək.

Belə ciblər ilk dəfə 1873-cü ildə Levi cinslərində tətbiq olunub.

Зачем в джинсах этот маленький пятый карман джинсы, карман, мода, одежда

1. Saat üçün

Əvvələr kişilər saatlarını qollarına bağlamaz, əllərində gəzdirərdilər. Ona görə də zəncirli saatalarını saxlamaq üçün onlara xüsusi cib lazım olub.

2. Kapsullar üçün

Cins geyinən kovboylar üçün bu cib saatdan da vacib olan kapsulları saxlamaq vəzifəsini daşıyıb. Daim silah gəzdirən kovboylar bu cibdə kapsullarını rahatlqıla gəzdiriblər.

3. Qızıl saxlamaq üçün

Bəziləri iddia edirlər ki, belə ciblər "Qızıl həyəcanı əsri"ndə (Qızıl həyəcanı - Amerika Birləşmiş Ştatları və Avstraliyada XIX əsrdən etibarən, yerli əhalinin anidən varlanmaq səbəbi ilə qərbə üz tutması nəticəsində yaranmış kütləvi hərakat) yaranıb. Qızılaxtaranlar tapdıqları xəzinəni ona asanlıqla yerləşdiriblər.

 

4. Pul kisəsi əvəzi

Əvvələr pul indikindən daha dəyərli olub. Ona görə də xırda cibə yerləşə bilən qədər manat və qəpiklər yığıblar.

5. Alışqanı qoymaq üçün

Cibin ölçüsü bunu deməyə əsas verir ki, bu elə alışqanlar üçün nəzərdə tutulub. Demək olar ki, əksər kişilər istifadə etdikləri alışqanın itməməsi üçün onu ən kiçik ciblərində gəzdiriblər.

6. Ən romantik olmayan variant

Cinslərin fəhlə paltarları olduğunu nəzərə alsaq, bəlkə də buna haqq qazandırmaq olar. Fəhlələr xırda detal və alətləri bu cibdə saxlayıblar.

exobaku.com

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.