ABŞ-dan Rusiyaya qarşı YENİ SANKSİYALAR

Day.Az представляет новость на азербайджанском языке

ABŞ Maliyyə Nazirliyi Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı tətbiq etdiyi sanksiyanın siyahısını genişləndirib. 

Day.Az report.az-a istinadən bildirir ki, bu barədə nazirliyin saytında dərc olunmuş bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub ki, Rusiyanın daha 38 fiziki və hüquqi şəxsinə qarşı sanksiya tətbiq edilib. Siyahiya  Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Sergey Nazarov da daxil edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.