Ehtiyat hissələri idxalı gömrük rüsumundan azad edildi

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycana velosiped istehsalı üçün idxal ediləcək ehtiyat hissələri 2 il müddətinə gömrük rüsumlarından azad edilib.

Day.Az Trend-ə istinadən bildirir ki, bu məsələ Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" qərarına edilən dəyişiklikdə nəzərdə tutulub.

Qərar 2 il ərzində qüvvədədir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.