Rusiyaya tərəvəz daşıyan "Volvo" qəza törətdi

Day.Az представляет новость на азербайджанском языке

Gəndob-Yalama yolunun Xaçmaz şəhəri ərazisində keçən hisəsində zəncirvari qəza baş verib.

Day.Az ARB TV-yə istinadən bilriri ki, hadisə günorta saatlarında qeydə alınıb.

Rusiyaya tərəvəz daşıyan "Volvo" markalı yük avtomobili,"VAZ 21099" və "Toyota Prado" markalı avtomobillərlə toqquşub. Qəza da avtomobillərə ziyan dəysə də sürücü və sərnişinlərdən xəsarət alan olmayıb.

Maqomed Baqaudinov - Yük avtomobilinin sürücüsü: "Mən öz yolumla hərəkət edirdim. Qoşquda olan "VAZ 21099" qəflətən qarşımıza çıxdı. Bu zaman qoşqu qırıldı və toqquşma baş verdi. Yolun sağ tərəfində dayanan digər avtomobilə də ziyan dəydi".

Hadisə nəticəsində avtomobillərin intensiv hərəkət etdiyi yolda bir müddət yıxac yaranıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.