Hacıqabulda “OKA” inəklə toqquşub, 5 nəfər yaralanıb

Day.Az представляет новость на азербайджанском языке

Hacıqabul rayonu ərazisində ağır xəsarətlə nəticələnən yol qəzası baş verib.

Day.Az APA-ya istinadən xəbər verir ki, Tərtər rayonunun İsmayılbəyli kənd sakini, 1968-ci il təvəllüdlü Axundov Salman Yunus oğlunun idarə etdiyi  "OKA" markalı 59 BD 451 dövlət nömrə nişanlı avtomobilin qarşısına iribuynuzlu heyvan çıxıb. Qəza nəticəsində sürücü ağır xəsarətlər alaraq Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Avtomobildə olan sürücünün 4 ailə üzvü yüngül xəsarət alıblar. Onlara hadisə yerində ilkin tibbi yardım göstərilib.
 
Hadisə ilə bağlı araşdırma aparılır. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.