Azərbaycanda "Skype"la videozəng hamı üçün mümkün olacaq?

Day.Az представляет новость на азербайджанском языке

""Windows" əməliyyat sistemi ilə çalışan mobil qurğuların sahibləri "Skype" videozəng servisindən əvvəlki kimi istifadə edə biləcək".

Day.Az xəbər verir ki, bunu Trend-ə "Microsoft Azerbaijan"ın rəhbəri Sərxan Həşimov gələn aydan etibarən "Skype"ın bir sıra qurğularda işləməyəcəyi barədə yayılan informasiyaya münasibət bildirərkən deyib.

S.Həşimovun sözlərinə görə, "Skype" xidmətlərinin bütün imkanlarından istifadə etmək üçün proqramın ən son versiyasını yükləmək lazımdır.

 

Qeyd edək ki, daha əvvəl "Microsoft" istifadəçilərə bildiriş göndərərək 2017-ci il iyul ayının 1-dən etibarən "Skype"ın bir sıra qurğularda işləməyəcəyi barədə xəbardarlıq etmişdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.