Qusarda eramızdan əvvəl I-II minilliklərə aid qəbiristanlıq tapıldı

Day.Az представляет новость на азербайджанском языке

Qusar rayonu ərazisində eramızdan əvvəl I-II minilliklərə aid olunduğu bildirilən  qəbiristanlıq aşkarlanıb.

Day.Az APA-ya istinadən xəbər verir ki, qədim qəbiristanlıq Qusarın Zindan Muruq kəndində yerləşir.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi mütəxəssisi, arxeoloq Qəhrəman Ağayev bildirib ki, sovet dövründə aparılan araşdırmalar nəticəsində abidənin orta əsrlərə aid olduğu ehtimal edilib.
 
Q.Ağayevin sözlərinə görə, Qusarda 3 istiqamətdə araşdırma aparılır və 3-4 yeni abidə aşkar edilib.  O, qeyd edib ki, Qusar rayonunun ərazisi tarixi abidələrlə zəngindir. Burada tarixi hətta eneolit dövrünə gedib çıxan abidələrə rast gəlmək mümkündür.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.