İki yaşlı körpə dərmandan zəhərlənib

Day.Az представляет новость на азербайджанском языке

Mingəçevirdə azyaşlı dərmandan zəhərlənib.

Day.Az report.az-a istinadən bildirir ki, hadisə Ş. İ. Xətai küçəsi, ev 16, mənzil 9-da qeydə alınıb.

Belə ki, 2015-ci il təvəllüdlü Cahid Fərid oğlu Hüseynlinin qəfil halı pisləşib. C.Hüseynli valideynləri tərəfindən xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.

Məlum olub ki, körpə ağcaqanad dərmanı içib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.