Bakı sakini tanımadığı şəxs tərəfindən bıçaqlandı

Day.Az представляет новость на азербайджанском языке

Bakı sakini tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Day.Az report-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

Belə ki, Bayıl qəsəbəsində 1989-cu il təvəllüdlü Nəsirov Nicat Rövşən oğlu evinin yaxınlığında tanımadığı şəxslə mübahisə edib. Mübahisə nəticəsində o, bıçaqlanıb. 

N.Nəsirov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsində araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.