Şəkidə qəza törədən avtomobil aşdı

Day.Az представляет новость на азербайджанском языке

Bu gün saat 16:00 radələrində Şəki ərazisndə yol qəza hadisəsi baş verib.

Day.Az ARB Şəki-yə istinadla xəbər verir ki, qəza zamanı Seyran Əliyev idarə etdiyi 90-RH-061 dövlət nömrə nişanlı Mersedes markalı avtomobillə M.F.Axundov prospekti ilə hərəkətdə olarkən qəfildən idarəetməni itirib və avtomobili aşırıb.

Qəza zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb. İlkin məlumatlara görə qəzaya səbəb avtomobilin qarşısına anidən başqa bir avtomobilin çıxması olub.

Faktla bağlı Şəki ŞRPŞ-də araşdırmalar aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.