“The Black Eyed Peas” Bakıda

Day.Az представляет новость на азербайджанском языке

Dünyanın məşhur "The Black Eyed Peas" musiqi qrupunun üzvləri iyunun 24-də Formula-1 Azərbaycan Qran-Prisinin "Paddock"unda olublar.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki,  qrupun üzvləri burada yaradılan şəraitlə tanış olub və komandaların heyətləri ilə xatirə şəkli çəkdiriblər.

Musiqiçilərə ölkəmiz haqqında ətraflı məlumat verilib.

Sonra qrup üzvləri "Red Bull Racing" komandasının qarajına gəliblər. Qonaqlar komandanın yarışa hazırlığı barədə məlumatlandırılıblar.

Daha sonra musiqiçilər "Mercedes"in pilotu Luis Hamiltonla görüşüblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.