Bayramla əlaqədar avtovağzalda sıxlıq yaşanır

Day.Az представляет новость на азербайджанском языке

Ramazan Bayramını fürsət bilib rayonlara getmək istəyənlər Bakı Beynəlxalq Avtovağzalında sıxlığa səbəb olublar. Bəzi sərnişinlər avtobusa minmək üçün saatlarla gözləməli olublar. Avtovağzal rəhbərliyi isə reyslərə əlavə avtobusların buraxıldığını və problemin qısa zamanda həll ediləcəyini bildirib.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, Ramazan bayramı tətilini rayonda keçirmək istəyənlər Bakı beynəlxalq avtovağzalına axın ediblər. Bu isə sıxlığa səbəb olub.

Avtobuslar tez dolduğundan bəzi sərnişinlər uzun müddət avtovağzalda gözləməli olublar.
Bakı Beynəlxalq avtovağzalının sözçüsü Yaşar İsakovun verdiyi məlumata görə, təkcə dünən gün ərzində 500 avtobus vasitəsilə 13 mindən çox sərnişin bölgələrə yola salınıb. Avtovağzalın əməkdaşları isə tam heyətlə iş başındadırlar.

Yaşar İsakov deyir ki, hər bir sərnişin onlayn qaydada və ya avtovağzalın kassalarından bilet alsaydı və öz vaxtı çatdıqda avtovağzala gəlsəydi, bu sıxlıq yaşanmazdı. O, həmçinin hər hansı neqativ halla qarşılaşan sərnişinlərə avtovağzalın əməkdaşlarına müraciət etmələrini tövsiyə edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Bayramla əlaqədar avtovağzalda sıxlıq yaşanır