Bayramlar mehribançılıq, bayramlar birlikdir

Day.Az представляет новость на азербайджанском языке

Bayramın ən xoş ənənələrindən biri də yaxınların, qohumların bir-birlərinin evinə getmələri, bayramlaşmalarıdır. Bu, insanları daha qayğıkeş və mehriban edən yaxşı bir davranışdır. Əvvəllər hər kəs səhərin erkən saatlarından yaxınlarının evinə gedib onları canlı təbrik edərdilər. Amma son zamanlar bu adətin yerini telefonla zəng və ya adi bir sms əvəz edir. Ümumiyyətlə isə bayramlarda bayramlaşma adəti necə olmalıdır? Bunu birlikdə izləyək

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, bayramlar mehribançılıq, bayramlar birlikdir. Bayramların əsasını təkil edən adətlərdən biri də qohumları və yaxınları ziyarət etmək, bayramı birlikdə qeyd etməkdir. İnsanlar səhərin erkən saatlarından yaxınlarını ziyarət edərək onlarla bayram sevincini yaşayırlar.

Sosioloqlar deyirlər ki, son dövrlər məhz həyatımızın bir parçasına çevrilmiş informasiya texnologiyaları, telefon internet və onun verdiyi imkanlar insanların işini nə qədər asanlaşdırırsa, mənəvi dəyərlərin aşınmasını da sürətləndirir

İlahhiyyatçılar isə deyirlər ki, bayramlar insanları yaxınlaşdırmaq, onlar arasındakı mehribanlığı artırmaq, küsülülüyü aradan qaldırmaq üçün əsas vasitələrdəndir. Belə günlərdə insanların bir-birlərini ziyarət etmələri təqdirəlayiq addım olar.

Ümumiyyətlə bayramlarda yaxınları ziyarət edib onlarla bayramlaşmaqla bərabər, evdəki azyaşlılara hədiyyələr almaq və onlara da bayramı aşılamaq lazımdır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.