Evə soxulub ana və qızı bıçaqlayan tutuldu

Day.Az представляет новость на азербайджанском языке

Lənkəran rayonunda evə basqın edərək 1 nəfərin ölümü, digərinin bıçaq xəsarətləri almasında şübhəli bilinən şəxs saxlanılıb.

Day.Az "Report"a istinadən bildirir ki, hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Buzovna qəsəbə sakini Əkbərov Əziz Zeydulla oğlu Bakı şəhərində yaxalanıb.
Qeyd edək ki, Ə.Əkbərov iyunun 20-dən 21-nə keçən gecə Lənkəran rayonu Liman şəhəri, Telman Bağırov 32 ünvanındakı evə basqın edərək 1954-cü il təvəllüdlü Nəcəfova Arifə Əsəd qızına sonradan ölümlə nəticələnən və onun övladı, 1977-ci il təvəllüdlü Nəcəfova İlahə Təvəkkül qızına kürək və qol nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri yetirməkdə təqsirləndirilir. Belə ki, 63 yaşlı qadın xəstəxanada dünyasını dəyişib. Evə basqının səbəbləri hələ ki, açıqlanmır. İlkin məlumata görə, saxlanılan şəxs Bakı sakini olsa da, Lənkəran sakini ilə ailə qurub.

Əldə etdiyimiz məlumata görə Ə.Əkbərov İ. Nəcəfovanı əvvəlcədən tanıyıb. Onun gecə saatlarında evə gələcəyini bilərək qadının ardınca gəlib və həyətə girərək onun çölə çıxmasını tələb edib. İ.Nəcəfova çölə çıxmadıqda Ə.Əzizov evə daxil olaraq ana və qızına bıçaqla xəsarətlər yetirib.
O, İ.Nəcəfovanın digər otaqda olan azyaşlı oğlunu görməyib. Hadisə barəsində də uşaq telefonla dayısına zəng

vuraraq məlumat verib.
Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.