"Ərimə hər gün yenidən aşiq oluram"

Day.Az представляет новость на азербайджанском языке

Uzun müddətdir ekranlarda görünməyən müğənni Nadide Sultan müsahibə verib.

Day.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı rejissor həyat yoldaşı Hakan Yonat ilə evliliyindən bəhs edib.

Sultan evlilik sevgini öldürürmü sualına "Xeyr, elə bir şey yoxdur.Məncə, tam əksinədir. 3 ildir hər gün yenidən ərimə aşiq oluramş" cavab verib.

Nadide yoldaşı ilə 20 il bundan əvvəl öncə tanış olduğunu bildirib:

 

"20 il əvvəl ilk dəfə görüşdük. Sonra 10 il bir-birimizi görmədik. Bir dəfə mənə "Facebook"da dostluq göndərdi. Qəbul etdim. Danışdıq, görüşdük və evləndik. Odur ki, sosial şəbəkələr arasında "Facebook"un mənim üçün ayrı bir yeri var".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.