Gənc qadın dərmandan zəhərləndi

Day.Az представляет новость на азербайджанском языке

Biləsuvar rayon sakini dərmandan zəhərlənib.

Day.Az-ın report-a istinadən xəbərinə görə, hadisə rayonun Nərimankənd kəndində baş verib.

Kənd sakini, 1996-cı il təvəllüdlü Quluzadə Lamiyə Malik qızı qəbul etdiyi dərmandan zəhərlənib.

L.Quluzadə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəyə tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.