Qubada ana və qızını maşın vurub - Qız öldü

Day.Az представляет новость на азербайджанском языке

Qubada iki piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. 

Day.Az DİN-in saytına istinadən xəbər verir ki, hadisə iyunun 24-də Quba rayonunun Gədiy kəndi ərazisində baş verib.

Rəşad Qələmiyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən kənd sakinləri Aynurə Xudaverdiyevanı və onun qızı Nazlını vurub. Nəticədə hər iki piyada xəstəxanaya yerləşdirilib, Nazlı orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.