Tramp 20 illik Ramazan ənənəsini pozdu

Day.Az представляет новость на азербайджанском языке

ABŞ prezidenti Donald Tramp Ramazan ayında heç bir iftar yeməyinə ev sahibliyi etməyərək 20 illik ənənəni pozub. 

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, eks-prezident Tomas Cefferson tərəfindən ilk dəfə 1805-ci ilə başladılan ənənə son 20 ildə heç bir lider tərəfindən pozulmamışdı. 

Reuters xəbər agentliyi ABŞ-ın xarici işlər naziri Rex Tillersonun Ramazanda iftar süfrəsi açılması ilə bağlı edilən təklifi rədd etdiyini yazır. 

The Washington Post qəzeti isə Ağ Ev tərəfindən yayımlanan və prezident Trampın imzaladığı Ramazan bayramı təbrikinin dövlət başçısına aid sosial şəbəkələrdə paylaşılmamasına diqqət çəkib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.