Piratlar tankerdən 1,5 milyon litr yanacaq oğurladılar

Day.Az представляет новость на азербайджанском языке

Altı silahlı pirat Tayland bayrağı altında üzən tankerə hücum ediblər.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, piratlar ekipaj üzvlərini soyub, tankerin Yaxın Şərqdən gətirdiyi dizel yanacağının 1,5 milyon litrini öz gəmilərinə boşaldıblar. 

Hadisə ötən şənbə günü baş versə də, KİV-lər ancaq bu gün xəbər tuta biliblər. 

Dənizçilərin sözlərinə görə, piratlar tankerə Malayziya sularında hücum ediblər.

Tayland və Malayziyanın hərbi-dəniz qüvvələri piratların axtarışı və həbsi üçün birgə əməliyyata başlayıblar. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.